XƏBƏRDARLIQ: Havanın temperaturu 5-7 dərəcə aşağı enəcək
26.09.2017 [12:58]
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-18° isti, gündüz 19-22° isti, Bakıda gecə 16-18°, gündüz 20-22° isti olacağı gözlənilir.