CƏMİYYƏT


Sabah yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.