Oktyabr ayına olan hava proqnozu açıqlanıb
29.09.2017 [16:54]
Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var. Bunu AZƏRTAC-a müsahibəsində ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Fərqanə Həsənova deyib.