XƏBƏRDARLIQ: Leysan yağacaq, dolu düşəcək
30.09.2017 [12:18]
Oktyabrın 1-i günün ikinci yarısından 5-dək ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.