MƏDƏNİYYƏT


“Sarı gəlin” Qazaxıstan televiziyasında

Qazaxıstan televiziyasında “İpək yolunun ulduzları” beynəlxalq musiqi yarışmasına start verilib. Layihənin ilk buraxılışında Böyük İpək yoluna daxil olan bir neçə ölkənin təmsilçisi çıxış edib. Qazaxıstan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Tacikistan, Özbəkistan, Gürcüstan, Tatarıstan və Başqırdıstandan olan müğənnilər üç ay ərzində yarışmada iştirak edəcəklər. İştirakçılar 12 müxtəlif konsert proqramı təqdim edəcəklər. Finalda ən istedadlı ifaçı və onun təmsil etdiyi ölkə qalib olacaq. Azərbaycanı yarışmada Samirə Əfəndiyeva təmsil edir. O, layihənin açılış mərasimində “Sarı gəlin” xalq mahnısını ifa edib.