CƏMİYYƏT


Xınalığa qış gəlib: qarın hündürlüyü 20 santimetrə çatır

Qubanın Xınalıq kəndində 20 santimetrə yaxın qar yağıb. AZƏRTAC xəbər verir ki, oktyabrın 1-dən hava şəraitinin kəskin dəyişməsi nəticəsində Quba və Qusarın yüksək dağlıq ərazilərinə qarın yağması davam edir. Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qarın yağması ilə əlaqədar şimal bölgəsində hava soyuyub, dağlıq ərazilərdə gecə saatlarında temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.