Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maurisio Süleyman: Azərbaycan Ümumdünya Boks Şurasına qoşulan 166-cı ölkədir

05.10.2017 [15:42]

Xəbərin mətni
Ümumdünya Boks Şurasının (WBC) Bakıda təşkil olunan 55-ci Konvensiyası məhsuldar şəraitdə keçdi. Burada yüksək qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. AZƏRTAC xəbər verir ki, bu sözləri WBC-nin Bakıda keçirilən 55-ci Konvensiyasının yekunları ilə əlaqədar oktyabrın 5-də təşkil olunan mətbuat konfransında qurumun prezidenti Maurisio Süleyman deyib.