CƏMİYYƏT


Sabah yarımadanın bəzi yerlərində yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-13° isti, gündüz 17-21° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır