MƏDƏNİYYƏT


Azərbaycanlı çoban “O səs Türkiyə”də

Internetdə fenomenə çevrilən çoban Pərvin Səfərov Acun Ilıcalının dəvətilə “O səs Türkiyə” musiqi yarışmasına qatılıb. O, Neftçalanın Qaçaqkənd sakinidir. Pərvinin ifasını Gökhan, Hadisə və Murad Boz bəyənərək onu komandasında görmək istədiklərini açıqlayıblar. Verilişin aparıcısı Acun Ilıcalı isə azərbaycanlı ifaçı haqqında məlumat verərək onu məşhurlaşdıran videonu ekranda nümayiş etdirib. Pərvin Səfərov Murad Bozun komandasınıı seçib.