Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Türkiyəni çempion edən Osman Çakmak - bir ayağını orduda itirib

10.10.2017 [18:15]

Türkiyənin fiziki əngəlli futbolçulardan ibarət yığma komandası Avropa çempionu olub. Türkiyəlilər dünən keçirilən final oyununda İngiltərəni 2:1 hesabı ilə yenərək qızıl medal qazanıb. Oyundan sonra ən çox müzakirə olunan oyunçulardan biri Osman Çakmak olub. O, bir ayağını orduda minaya düşərək itirib, digər ayağı ilə isə ölkəsinə kubok qazandırdı.