CƏMİYYƏT


Sabah yarımadanın bəzi yerlərində yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır