Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda hərbi orkestrin müşayiəti ilə estrada müğənnilərinin konserti olacaq

12.10.2017 [16:59]

Xəbərin mətni
Bakıda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin müşayiəti ilə Azərbaycanın tanınmış estrada müğənnilərinin konserti olacaq. Konsertdə ən hit klassik və estrada mahnıları səsləndiriləcək. Orkestrin dirijoru Səməd Vəkilovdur. Konsert oktyabrın 20-də saat 19-da Opera və Balet teatrında keçiriləcək.