Azərbaycan Dövlət İnformasiya Agentliyi

Füzulidə top mərmisinin partlamış hissəsi aşkarlanıb

20.10.2017 [20:05]

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.