Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabah çiskinli yağış yağacağı ehtimalı var

24.10.2017 [12:33]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir.