CƏMİYYƏT


İstirahət günü hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 13-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 21-23° isti olacağı gözlənilir.