Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Qarabağ" "Atletiko" komandası ilə oyun üçün artıq Madriddədir

30.10.2017 [14:08]

Xəbərin mətni
Azərbaycan çempionu "Qarabağ" FK UEFA Çempionlar Liqasındakı növbəti oyununu keçirmək üçün İspaniyaya gəlib. AZƏRTAC xəbər verir ki, Madridin Adolfo Suares Barajas hava limanında komandamızı azarkeşlər qarşılayıblar. Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən "Qarabağ" komandasının geyimləri və atributları ilə təmin edilmiş həmvətənlərimiz komandanı şüarlar və alqışlarla qarşılayıblar.