İDMAN


Gələn il keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinin bilet satışına start verilib

AZƏRTAC xəbər verir ki, satışa başlandıqdan sonra ilk iki ay ərzində biletlər endirimli qiymətlərlə təklif olunacaq. BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yeni mövsümdə yerli tamaşaçılar üçün xüsusi endirimlərin olacağını bildirib: “Hər il əvvəlki illə müqayisədə daha çox yerli azarkeşin bilet alaraq yarışın bütün sessiyalarında, həmçinin əyləncə proqramlarında, xüsusən də dünya ulduzlarının iştirakı ilə təşkil olunacaq möhtəşəm konsertlərdə böyük coşqu ilə iştirak etməsi bizi çox sevindirir.