İDMAN


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların təqdimatı olub

Noyabrın 6-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların və bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işlərinin təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər iştirak ediblər. Akademiyanın rektoru Fuad Hacıyev son dövrdə bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar barədə məlumat verib.