İDMAN
Soçidə keçiriləcək dünya çempionatında Azərbaycanı doqquz samboçu təmsil edəcək
10.11.2017 [12:41]
Noyabrın 9-13-də Soçidə sambo üzrə dünya çempionatı keçiriləcək.
Azərbaycan Sambo Federasiyasından (ASF) AZƏRTAC-a bildiriblər ki, mundialda ölkəmizi 9 idmançı təmsil edəcək.
Çempionatda Azərbaycanın idman şərəfini Ağasif Səmədov (52 kq), Fuad Məmmədov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Samir Kərimov (74 kq), Ceyhun Hüseynov (82 kq), Murad Rəcəbli (90 kq), Nizami Məmmədov (100 kq) qoruyacaqlar.
Döyüş sambosu yarışlarında isə Məhəmməd Şahpələngli (68 kq) xalça üzərinə çıxacaq.
Dünya çempionatında ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil edəcək.
Millimiz Soçidə ASF-nin prezidenti Ceyhun Məmmədovun rəhbərliyi altında mübarizə aparacaq.