İDMAN


Avropa çempionu olan şahmatçılarımız Vüqar Həşimovun xatirəsini yad ediblər

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirib ki, şahmatçılarımız Avropa çempionatında parlaq qələbələr qazanaraq, xalqımıza üçüncü dəfə qızıl medal sevinci yaşadıblar. Bu gün aramızda olmasa da, şahmatçılarımızın qələbəsində Vüqar Həşimovun da payı var. 2009-cu ildə Vüqar parlaq qələbələri ilə milli komandamızın ilk dəfə Avropa çempionu adını qazanmasında mühüm rol oynadı.