MƏDƏNİYYƏT


Bakı Milli Geyim Evinin bədii rəhbəri: İndi hər kəs istəyir ki, qarderobunda milli geyim də olsun

Bakı Milli Geyim Evi 2008-ci ildən bəri Azərbaycanın müxtəlif bölgələrinin milli geyimlərini hazırlamaqla, bu geyimləri həm ölkə daxilində, həm də xaricdə təbliğ edir. Bakı Milli Geyim Evinin bədii rəhbəri Könül Vəlibəyli deyir ki, son zamanlar milli geyimlərimizə maraq artıb, xanımlar adi günlərdə də milli ornamentlərlə bəzənmiş geyimlərə maraq göstərirlər.