MƏDƏNİYYƏT


Türkiyə universitetlərinin azərbaycanlı məzunlarından möhtəşəm addım - "Təhsil üçün oxu"

Müxtəlif zamanlarda Türkiyə universitetlərini bitirmiş 30 azərbaycanlı məzun “Təhsil üçün oxu” layihəsi ilə çıxış ediblər. Məzunlar əvvəlcə “Məmləkətim”i, daha sonra “Azərbaycanım”ı səsləndiriblər. Qeyd edək ki, bu günlərdə Azərbaycanda ali məktəblərə test üsulu ilə tələbə qəbulunun, o cümlədən ölkəmizdən Türkiyə ali məktəblərinə ilk tələbə qrupunun göndərilməsinin 25 ili tamam olub. Klip bu əlamətdar tarixi hadisədən əsrin dörddə biri qədər vaxt ötməsi münasibətilə hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır