Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib

25.11.2017 [15:52]

Xəbərin mətni
Bakıda BMT-nin Bakı ofisi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında veloyürüş keçirilib. Veloyürüşdə BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusların nümayəndələri, velo idmanı həvəskarları və ictimaiyyət nümayəndələri iştirak ediblər.