İDMAN


Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi münasibətilə mətbuat konfransı keçirilib

Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətinə verilən qiymətdir. AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UGI) prezidenti seçilməsi münasibətilə dekabrın 6-da təşkil olunan mətbuat konfransında səsləndirilib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov iştirak ediblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır