Modelyer Fəxriyyə Xələfovanın kolleksiyasından nümunələr “Ermitaj” muzeyində saxlanılacaq
10.12.2017 [15:28]
Xəbərin mətni
Rusiyanın Sankt-Peterburq şəhərindəki dünya şöhrətli “Ermitaj” muzeyində tanınmış rəssam-modelyer, Azərbaycanın Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfovanın kolleksiyasından üç paltar dəsti “Kostyum qalereyası” ekspozisiyasında nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, “Ermitaj” muzeyinin yaradılması günü münasibətilə keçirilən “Ermitaj günləri” çərçivəsində dekabrın 8-də açılmış “Kostyum qalereyası” sərgisində 130-dan çox qədim və müasir geyim nümunələri təqdim olunur.