Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Dəbli ol” moda festivalı keçirilib

26.12.2017 [11:56]

Xətai Sənət Mərkəzində “Dəbli ol” moda festivalı keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən festival gənc rəssam Əfşan Əsədovanın təşkilatçılığı ilə reallaşıb. Tanınmış incəsənət nümayəndələrinin iştirak etdiyi moda festivalında 9 modelyerin bir-birindən fərqli kolleksiyaları nümayiş olunub.