Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Dünya mətbuatı ondan danışır: Xanımları makiyajla cavanlaşdıran vizajist Anar Ağakişiyev

13.01.2018 [18:34]

Artıq neçə ildir ki, istedadlı vizajist Anar Ağakişiyevin makiyaj vasitəsilə etdiyi inanılmaz dəyişiklik hamını heyran qoyur. O, dünya mətbuatının da diqqətini çəkməyi bacarıb. Türkiyə, Rusiya və bir çox ölkələrin televiziya və saytları dünyada ilk olan bu möcüzədən danışır. Azərbaycanlı stilist makiyaj vasitəsi ilə xanımları 20-30 yaş cavan göstərir.