CƏMİYYƏT


"ASAN xidmət" fiziki məhdudiyyətli gəncləri könüllü olmağa çağırır

Vətəndaş məmnunluğu ilə yanaşı, sosial layihələrlə diqqət çəkən “ASAN xidmət" bundan sonra könüllü işləmək istəyən fiziki məhdud gəncləri daha çox cəlb etmək istəyir. Bu yaxınlarda "ASAN Könüllüləri” gənclər təşkilatının nəzdində Sağlamlıq imkanları məhdud gənclərlə iş departamenti yaradılıb. Bu da fiziki məhdudiyyətli gənclərin daha çox cəlb edilməsinə xidmət edəcək.