Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Qusarda təşkil olunan sərgidə 200-dən çox əl işi nümayiş etdirilib

01.02.2018 [19:23]

Xəbərin mətni
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə açılan sərgidə istedadlı gənclərin çəkdiyi rəsmlər, dekorativ-tətbiqi sənətin xalçaçılıq, toxuma və bədii tikmə, bədii oyma və başqa nümunələri təqdim olunub. Sərginin açılış mərasimində çıxış edənlər bu kimi tədbirlərin istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığa daha da stimullaşdırılması, əl işlərinin satışının təşkili baxımından böyük əhəmiyyət daşıdığını qeyd ediblər.