CƏMİYYƏT


BİZ DƏ HAMI KİMİYİK
Gözdən əlil olsa da 16 ildir hüquqşünasdır

Saatlı sakini, Asif İsmayılov 16 ildir ki, hüquqşünas kimi fəaliyyət göstərir. Onu həmkarlarından fərqləndirən isə gözdən əlil olmasıdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Asif İsmayılov deyir ki, indiyə qədər iştirak etdiyi məhkəmə çəkişmələrinin əksəriyyətində qalib gəlib. Bu da, insanların ona vəkil kimi inamını təmin edib. Bu yaxınlarda Vəkillər Kollegiyasının test imtahanından uğurla keçən Asif İsmayılov müsahibə mərhələsində də uğur qazanacağına inanır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır