MƏDƏNİYYƏT


ABAD bu dəfə dəmirçi Şamil Unçiyevə dəstək oldu

Bakı şəhər sakini Şamil Unçiyev dəmirçilik sənəti ilə məşğuldur. AZƏRTAC xəbər verir ki, 26 ildir bu sahədə çalışan sənətkar əl işlərini evində düzəltdiyi kiçik emalatxanada hazırlayır. Şamil Unçiyevin sözlərinə görə, dəmirçilik və şəbəkə sənəti ənənəsi onun ailəsində uzun illərdir ki, yaşayır və yaşadılır.