Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu ilin “Cümhuriyyət İli” elan edilməsinin böyük tarixi əhəmiyyəti var

06.02.2018 [19:57]

Xəbərin mətni
Fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub. AZƏRTAC xəbər verir ki, tədbir Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında imzaladığı Sərəncama uyğun olaraq keçirilib.