İDMAN


Bakıya gətirilən Dünya Kuboku media nümayəndələrinə təqdim edilib

Bakıda olmaqdan məmnunam. Azərbaycanın paytaxtı kifayət qədər müasir şəhərdir. Bakı hər zaman idman tədbirlərinə ev sahibliyi ilə fərqlənib. AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizdə səfərdə olan futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo söyləyib.