MƏDƏNİYYƏT


Zaqatalalı sənətkar qarğıdalı qabığından sənət nümunələri hazırlayır

Zaqatala rayonunun Əliabad qəsəbəsində yaşayan 67 yaşlı Sədi Abdullayev 10 ildir ki, özünə maraqlı bir məşğuliyyət sahəsi tapıb. Sədi kişi qarğıdalı yetişdikdən sonra bitkinin üst qabığını yığır və ondan müxtəlif suvenirlər, məişət əşyaları hazırlayır.