Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tanınmış incəsənət nümayəndələri Xalq Artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib

15.02.2018 [18:38]

Xəbərin mətni
Fevralın 15-də Azərbaycanın tanınmış incəsənət nümayəndələri Xalq Artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənət dostları Qubanın şəhər qəbiristanlığına gələrək mərhum sənətkarın məzarı önünə gül dəstələri düzüb, sevimli aktrisanın xatirəsini anıblar.