Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda təşkil olunan sərgidə 200-ə yaxın əl işi nümayiş etdirilib

03.03.2018 [14:15]

Xəbərin mətni
Qusardakı Heydər Əliyev Mərkəzində təşkil olunan sərgidə 200-ə yaxın müxtəlif dekorativ tətbiqi sənət və toxuculuq nümunələri nümayiş etdirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgilənən əl işlərinin müəllifləri rayonda yaşayan fiziki məhdudiyyətli şəxslər, Qarabağ əlilləri və şəhid ailələrinin üzvləri olan qadınlardır.