CƏMİYYƏT


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində şagirdlərin ikinci mübadilə proqramının açılış mərasimi olub

Martın 17-də “Muğam Klub”da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov mübadilə proqramı iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı zamanı Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanışlığının böyük önəm daşıdığını vurğulayıb.