Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtərdə şəhid Nicat İsgəndərovun adını daşıyan küçənin açılışı olub

02.04.2018 [15:30]

Xəbərin mətni
Tərtər şəhərində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Nicat İsgəndərovun adı verilən küçənin əsaslı təmirdən sonra açılışı olub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları, hərbçilər iştirak ediblər.