İDMAN


Bakı Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumuna ev sahibliyi edəcək

Aprelin 4-də Bakıda Xüsusi Olimpiya Gənc Liderlərinin Qlobal Forumunun Azərbaycanda keçirilməsi ilə bağlı memorandum imzalanıb. Memorandumu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə Xüsusi Olimpiya Avropa və Avrasiya Hərəkatının prezidenti Devid Evangelista imzalayıblar. Mərasimdə çıxış edən Azad Rəhimov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və bu foruma ev sahibliyi etməklə ölkəmizin yeni tarix yazacağını deyib.