Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fotostudiyadan 35000 manat dəyərində avadanlıq oğurlanıb

04.04.2018 [14:48]

Xəbərin mətni
Nərimanov rayonunda yerləşən, paytaxt sakini Cavid Səfərova məxsus fotostudiyadan oğurluq edilib. DİN-in mətbuat xidmətindən verilən məlumata görə, obyektin qapısını sındıran naməlum şəxslər oradan ümumi dəyəri 35000 manat olan avadanlıqları oğurlayıblar.