İDMAN


Ağdamın “Qarabağ” futbol klubuna Türkiyədən xüsusi mükafat

Aprelin 4-də Türkiyənin məşhur media orqanlarından olan “Milliyet” qəzeti tərəfindən təsis edilən “İlin idman mükafatları-2017”nin qalibləri müəyyənləşib. AZƏRTAC xəbər verir ki, tədbirdə “İlin komandası” mükafatına namizədlər arasında Ağdamın “Qarabağ” futbol klubu da olub. “Qarabağ” klubu “Jüri” xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubumuzun vitse-prezidenti Tahir Gözələ futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib. Tahir Gözəl mükafat alarkən təşəkkür nitqindən sonra Nəsiminin şeirini səsləndirib.