Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nardaran sakinlərindən xeyli sayda silah-sursat aşkar edilib

10.04.2018 [13:28]

Xəbərin mətni
Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb.