SİYASƏT


Ulu öndər Heydər Əliyevin 95-ci ildönümü münasibətilə Ərzurumda beynəlxalq simpozium keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Ərzurum şəhərində beynəlxalq simpozium keçirilib. AZƏRTAC xəbər verir ki, Ərzurum Atatürk Universitetində (AU) iki gün davam edən simpoziumda rəsmi şəxslər, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiyadan ziyalılar, eləcə də AU-nun kollektivi iştirak edib.