Türkiyənin İzmir şəhərində Bakı Parkının açılışı olub
07.05.2018 [10:55]
Xəbərin mətni
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Əziz Kocaoğlu, Narlıdərə rayon bələdiyyəsinin sədri Əbdül Batur, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyinin sədri Asif Qurbanlı çıxış edərək Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən danışıblar.