CƏMİYYƏT


Siyəzəndə ağır qəza: Ölən və yaralanan var

Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 113-cü kilometrliyində baş verib. Yolda hərəkətdə olan "Tofaş" markalı minik avtomobili ilə "KamAZ” toqquşub. Qəza nəticəsində minik maşınında olan 1 nəfər ölüb. FHN-nin hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişin, 26 yaşlı Qəniyev Seymur Nadirşah oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.