MƏDƏNİYYƏT


"Azerbaijan Fashion Week"də Fəxriyyə Xələfovanın möhtəşəm dəfiləsi: 100 ildə dəyişən Azərbaycan qadınının obrazı

Mayın 17-də Bakıda "Azerbaijan Fashion Week" rəsmi moda həftəsinin yeddinci mövsümünün açılışı olub. AZƏRTAC xəbər verir ki, budəfəki moda həftəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib. "Azerbaijan Fashion Week" rəsmi moda həftəsinin açılışından əvvəl mətbuat konfransı keçirilib. Mətbuat konfransında tanınmış xarici modelyer və dizaynerlərlə yanaşı, yerli moda mütəxəssisləri də jurnalistlərin suallarını cavablandırıblar.