MƏDƏNİYYƏT


Xalq artisti Sara Qədimovanı xatırlayırıq

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.