Azərbaycan Dövlət İnformasiya Agentliyi

BİZ DƏ HAMI KİMİYİK
Onların sağlamlıq imkanları məhdud, ümidləri isə tükənməzdir

26.11.2018 [17:45]

Bu həyat dolu uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləridir. Uşaqların əksəriyyətinin əqli çatışmazlığı, fiziki məhdudiyyəti var. Təhsilə cəlb olunmaları mümkün deyil. 156 uşaqdan 22-si atılmış, 24-ü isə yataq xəstəsidir. Onlar bu müəssisədə bir çox bacarıqlara yiyələniblər.