Şimal bölgəsinin şagirdləri 11 imtahan mərkəzində biliklərini sınayırlar
03.07.2018 [17:00]
Xəbərin mətni
İyulun 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün təşkil olunan imtahanlarda Quba, Qusar, Siyəzən və Xızıdan olan, ümumilikdə, 6 min 337 şagird iştirak edir.
Onlardan 3 min 639 nəfəri IX, 2 min 698 nəfəri isə XI sinif şagirdidir.