ELM VƏ TƏHSİL


Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib

İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAH”ın məzunu-2018” mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları, təhsil ekspertləri və tələbələr iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları mərkəzin foyesində “Mən “SABAHAM” adlı sərgi ilə tanış olublar.